İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavat başqanı AKP-yə yaxın qəzetə müsahibə verdi

1369 06.04.2013 09:42 Gündəm A A
“Öz ölkəsinin daxili problemlərini başqa ölkələrdə danışmamağı tərcih etdiyini bildirən İsa Qəmbər Türkiyəni isə qardaş olaraq gördükləri üçün ona verəcəyimiz suallarımıza cavab verdi”, - deyə qəzet yazıb.
İsa Qəmbər müxbirin sualına cavabında deyib ki, Azərbaycandakı demokratiya deyil, demokratiyanın imitasiyası var: “Gerçək bir demokratiya yoxdur. Səbəbi isə Əliyevlərdir. Çünki onlar iqtidara xalqın səsi ilə gəlmədilər. Gerçək bir seçki olarsa, xalqın səsini ala bilməzlər. Buna görə də insanların haqlarını və özgürlüklərini məhdudlaşdırmaq yolu ilə iqtidarını davam etdirmək üçün çabalar göstərirlər”.
“Seçkilərdə sıxıntı olurmu sualına Müsavat başqanı ”səsvermə bitir, Prezident Administrasiyasından Seçki Komissiyasına rəqəmlər gəlir: “Sən filan qutuya bu qədər rəqəmləri yazmalısan, bu bölgədən bu rəqəmlər olmalıdır” deyilir. Bu rəqəmləri aşağı-yuxarı diqtə edirlər, sonda da deyilən rəqəmləri yazırlar, səsləri saymırlar. Bu üzdən durum çox vahiməlidir" - deyə cavab verib.
İsa Qəmbər bildirib ki, Azərbaycan xalqı gerçək seçki istəyir: “Xalq öz səsi ilə iqtidar formalaşdırmaq istəyir. Eyni bir vaxtda da dünyada dəyişiklik küləkləri əsməyə başlayıb. Azərbaycanda da bu dəyişikliyin xalqın gücüylə, xalqın səsi ilə olmasını istəyirik. Əgər gerçək bir seçki olarsa, azı 50 faiz səs alacağımıza əminik. Çünki biz xalqımıza inanırıq, xalqımız da bizə inanır və səs verir. Sadəcə, bu səslər nəzərə alınmır. Biz bunun qarşısını almaq üçün çalışırıq”.
Daha sonra İsa Qəmbər seçki platforması, Azərbaycanın inkişafı üçün nəzərdə tutulan proqramlarından danışıb. “Cümhur başqanı olsanız Türkiyə ilə münasibətlərdə necə yol seçiləcək” sualına isə Müsavat başqanı belə cavab verib: “Biz Türkiyəyə öz məmləkətimiz kimi baxırıq. Azərbaycan xalqı Türkiyəni sevir, sayğı duyur. Türkiyə liderlərin hər zaman izləmişik, onlardan örnək almışıq. Ərdoğan başda olmaqla, Atatürkdən bu günə qədər gələn liderlər bizim üçün çox dəyərlidirlər. Onların problemləri necə çözdüyünü, topluma nələr verdiyini görür və dəyərləndiririk. Türkiyə ilə Azərbaycan birlikdə hərəkət etməlidir. 25, 50 və ya 100 illik strateji birlik müəyyən edilməlidir”.
İ.Qəmbər bildirib ki, dünyadakı olaylara, o cümlədən ermənilərin “soyqırım”, Qarabağ iddialarına birlikdə cavab verilməlidir.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR