İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsavat AKM: Mehdi Xəlilbəyli gəlirlərini gizlədib və vergidən yayınıb

1034 21.11.2019 18:46 Siyasət A A

Müsavat Partiyasının Avropa Koordinasiya Mərkəzinin (AKM) sabiq sədr müavini Mehdi Xəlilbəylinin həbs olunması təsdiqlənib.

APA-nın məlumatına görə, bununla bağlı AKM bəyanat yayıb.

Bəyanatda bildirilib ki, hələlik Mehdi Xəlilbəyli haqqında yük daşımalarından gələn gəlirləri gizlətmək və vergidən yayınmaq faktları sübut olunub.

“Bu hallar isə Avropada çox böyük cinayət hesab olunur və bunun ağır cəzası var. Bundan əlavə olaraq göstərilən iddialarla bağlı Mehdi Xəlilbəylinin, yaxud başqa bir Müsavat AKM üzvünün hansısa cinayət əməli sübut olunarsa, qanun qarşısında cavabını verəcək. Bizim nə Müsavat Partiyası, nə də Müsavat AKM adına utanc gətirəcək fəaliyyətimiz olub”, - deyə bəyanatda qeyd olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR