İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Qasımlı: “DTK ilə əməkdaşlıq edən yaradıcı təşkilatlar, universitet əməkdaşları agentlərinin adları açılsın”

662 01.06.2020 17:12 Ölkə A A

“Qanun layihəsinin lehinıə səs verəcəyəm. İlk növbədə bu qanun layihəsi Azərbaycan vətəndaşının sağlamlığının qorunmasına yönəlib, bəzilərinin dediyi kimi, məhdudlaşdırıcı məqsədlər daşımır”.

Deputat Musa Qasımlı bu fikirləri İnzibati Xətalar Məcəlləsinin ikinci oxunuşda müzakirəsi zamanı çıxış edərkən bildirdi. M.Qasımlı ardınca dedi ki, bu gün bizdən birlik, vəhdət tələb olunduğu bir vaxtda açıq söyləmək lazımdır ki, bəzilərinin dövlət qurumlarına, rəsmi şəxslərə hücuma keçməsi yolverilməzdir: “Biz bir şeyi də çox aydın şəkildə bilməliyik ki, dövlətimizin onurğasını təşkil edən orqanlara qarşı hər hansı bir sözü deyilməsi dərhal cavabını almalıdır. Bir şeyi də dərk etməlidirlər ki, bu ölkədə cənab prezidentimiz insanları yüksək vəzifələrə təyin edir və azad edir, böyük bir dövlət ağlı var”.

Deputat dedi ki, bundan əvvəlki iclaslarda və bugünki iclasda S.Novruzov və A.Əliyev bir məsələyə toxundular: “Bu məsələlərlə necə mübarizə aparmaq olar? Cənab prezidentimiz Qobu Park-3-də satqınlar məsələsinə toxundu. Hörmətli Sahibə xanım, mən çox açıq-aydın bir təklif vermək istəyirəm, Pribaltika respublikalarında bu, olub. DTK ilə əməkdaşlıq edən yaradıcı təşkilatlar, universitet əməkdaşları agentlərinin adları açılsın! O zaman bütün millət biləcək ki, bu agentlər kim olub. Sizi inandırıram, Azərbaycan cəmiyyəti cəmiyyət sap-sağlam olacaq, tamam xilas olacaq. Biz birfəfəlik biləcəyik ki, cəmiyyətimizdə satqınlar kimdir. Vaqif Hüseynovun, Vəzirovun qapısında kim olub, necə olub, bütün bunların hamısı bilinəcək və cəmiyyət sağlam olacaq. Ona görə də mən Siyavuş müəllimin, Adil müəllimin açıq mövqe orta qoymaq fikrini dəstəkləyirəm”.

E.Paşasoy
Musaavt.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR