İnsanlara hürriyət, millətlərə istiqlal!

Musa Qasımlı: “2023-cü il müstəqillik tariximizin ən uğurlu ilidir”  

439 30.12.2023 11:46 Siyasət A A

Milli Məclisin payız sessiyasının son iclasında çıxış edən deputat Musa Qasımlı əvvəlcə bayram təbriklərini və arzularını çatdırdı.

Bildirdi ki, gerçəkdən yol saldığımız il millətimizin və dövlətimizin tarixində misli görünməmiş əhəmiyyətli hadisələrlə zəngin oldu: “Dövlətimizin beynəlxalq mövqeləri gücləndi, bir sıra məsələlərin həllində rolu artdı. 1991-ci ildə dövlət müstəqilliyi haqqında konstitusiya aktı qəbul edilsə də, əslində 1988-ci ildən bəri heç bir zaman bütün ərazilərimizdə qanunlarımız işləməyib, milli valyutamız işləməyib, dövlət suverenliyimiz mövcud olmayıb. Sentyabrın 19-20-də keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi, Xocalı, Ağdərə və Xocavənddə dövlət bayrağımız qaldırılması ilə millətimizin arzuları həyata keçirildi. 2023-cü ilin ən böyük hadisəsi müasir Azərbaycan dövlətinin qurucusu, Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyində dövlət suverenliyimizin təmin edilməsi bütün millətimizi və dövlətimizi bütövləşdirdi. Bütövlüyümüzün, birliyimizin, dövlət suverenliyimizin təmin edilməsinin rəmzi cənab Prezidentimiz İlham Əliyevdir”.

M.Qasımlı bildirdi ki, noyabrın 8-də Xankəndidə keçirilən hərbi parad ilin böyük tarixi əhəmiyyətli hadisələrindən biri oldu: “2023-cü il müstəqillik tariximizin ən uğurlu ilidir.
Bütün bunlar sadəcə ərazilərin azad edilməsi, dövlət suverenliyinin təmin edilməsi məsələsi olmayıb, Azərbaycan xalqının həyatında yeni keyfiyyət mərhələsi açan hadisələrdir. Yeni keyfiyyət mərhələsinin möhkəm təməli millətimizin iradəsi ilə 2024-cü il fevralın 7-də qoyulacaq”.

Deputat sonda seçicilərinin bir xahişini səsləndirdi: “Onlar Yardımlı rayonunda yolların təmirindən ötrü vəsait ayırdığına, gələn il rayonun bir neçə kəndinin təbii qazla təmin ediləcəyinə görə cənab Prezidentimizə minnətdarlıqlarını bildirir, uzun ömür, möhkəm can sağlığı, millət və dövlət yolundakı fəaliyyətində uğurlar arzulayırlar”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR