İnsanlara hürriyət, millətlərə istiqlal!

Mursinin məhkəməsi Mübarəkin mühakimə olunduğu zalda olacaq

593 03.11.2013 20:58 Dünya A A
Qahirənin Apelyasiya Məhkəməsi Misirin devrilmiş prezidenti Məhəmməd Mursi üzərində sabaha nəzərdə tutulan məhkəmə  prosesinin Tora rayonundan Polis Akademiyasına yerləşdiyi binaya keçirmək barədə qərar çıxarıb. Musavat.com-un məlumatına görə, bu barədə ria.ru xəbər yayıb. 

Qeyd edək ki, Qahirənin şəhərətrafında yerləşən dünyaca tanınmış bu elit akademiyada ölkənin başqa bir eks-prezidenti Hüsnü Mübarək üzərində “əsrin məhkəməsi”  keçirilib. Yeri gəlmişkən, Mübarəkin dönəmində akademiya onun adını daşıyıb.

Məlumatlara görə, məhkəmə yerinin dəyişdirilməsi təhlükəsizlik tədbirləri ilə bağlıdır. Hökumət Mursi tərəfdarlarının gözlənilməz hərəkətlərindən ehtiyat edir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR