İnsanlara hürriyət, millətlərə istiqlal!

Murat Bozdan Gəncə terroru ilə bağlı paylaşım: "Dualarımız sizinlədir"

467 17.10.2020 13:04 Şou-biznes A A


Ermənistanın Gəncədə törətdiyi növbəti  terrora türkiyəli məşhurlar biganə qalmayıb, sosial şəbəkələrdə Azərbaycana dəstək nümayiş etdiriblər.

Onlardan biri də məşhur müğənni Murat Bozdur. Sənətçi ermənilərin törətdiyi Gəncə terroru ilə bağlı paylaşım edərək, yazıb:

“Azərbaycanın Gəncə və Mingəçevir şəhərlərinə edilən xain terror zamanı həyatını itirən qardaşlarımıza Allahdan rəhmət, sevənlərinə səbir diləyirəm. Dualarımız sizinlədir, başınız sağ olsun”.

Qeyd edək ki, son məlumata görə, Ermənistanın Gəncəyə raket atəşi nəticəsində mülki əhalidən 13 nəfər həlak olub, 48 nəfər yaralanıb.

 Xalidə Gəray,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR