İnsanlara hürriyət, millətlərə istiqlal!

Müqavilə imzalandı – Malayziya silahları Türkiyədən satın alacaq

594 28.03.2019 18:23 Son xəbər A A

Müdafiə sənayesi təyinatlı məhsulları Türkiyə başda olmaqla ABŞ, Pakistan, Azərbaycan, Filippin, İraq daxil 30-a yaxın ölkədə istifadə olunan TİSAŞ IDC Technologies SDN. BHD. Ilə texnologiya transferi və Malayziyada birgə silah istehsalı ilə bağlı müqavilə imzalayıb.

Avropa.info xəbər verir ki, bununla da şirkətin xaricdə silah istehsal etdiyi ölkə sayı 2 olacaq. TİSAŞ Direktorlar Şurası sədr müavini Abdulla Ərdəm polimer gövdəli Zigana PX-9 tapançasının Malayziyada birgə istehsalı üçün ilk addım atdıqlarını deyib.

“Eyni modeli burada istehsal edəcəyik. Xaricdə istehsal baxımından Malayziya ikinci ölkə olacaq. Daha əvvəl başqa ölkədə fərqli modelimizi birgə istehsal edirdik. Bura ölkə xaricində ikinci istehsal yeri olacaq. Onlara Malayziyada infrastruktur hazırlıqlarına başlayacaqlar. İnfrastruktur başa çatdıqdan sonra istehsal bazasında əvvəlcə montaj və istehsal, daha sonra istehsala yönəlik texnoloji transferlər aparacağıq. İlkin mərhələdə müəssisə 20 min ədəd istehsal gücünə malik olacaq. Sonrakı mərhələ üçün daha böyük müəssisə planlaşdırılır. Silahın bir hissəsi Malayziyada istehsal olunacaq, hissələri Türkiyədən gətiriləcək. Burada mülki tələb azdır, amma hərbçi və polisin çox ehtiyacı var. Bununla yanaşı regiondan vergisiz ixracat edən ölkələr var. İlk mərhələdə həmin ölkələrin təhlükəsizlik qüvvələrinin ehtiyaclarına hesablanmış istehsal aparılacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR