Münhen Təhlükəsizlik Konfransı başa çatdı
Bu gün Münhen Təhlükəsizlik Konfransı başa çatıb.
Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, konfrans başçısı Volfqanq İşinger yekun sözündə bildirib ki, “Biz ümid edirik ki, konfransda səslənən fikirlər dünyada vəziyyətin normallaşmasına öz töhfəsini verəcək”.
Qeyd edək ki, Münhen konfransı 1963-cü ildən NATO ölkələri müdafiə şurasının iclası kimi keçirilməyə başlayıb.
Hazırda bu konfrans dünyanın 40-dan artıq ölkəsinin iştirak etdiyi beynəlxalq diskusiya forumuna çevrilib.
Aygün SƏFƏRLİ
Musavat.com






