İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə ehtimalı və sülh anonsu ilə bağlı ilginc açıqlamalar

1720 06.02.2024 18:48 Siyasət A A

“Təxminən aprel ayından etibarən sülh danışıqlarının intensivləşəcəyi və ilin birinci yarısında çərçivə sazişinin imzalanacağı ehtimalı var”.

Siyasi şərhçi Elçin Mirzəbəyli bunu Musavat.com-a açıqlamasında bildirib.

Ekspertin sözlərinə görə, Ermənistanın ərazi iddialarından əl çəkməsi üçün isə bəzi sadə hüquqi prosedurların həyata keçirilməsi lazımdır və buna görə hazırda konstitusiya dəyişikliyinə də heç bir ehtiyac yoxdur:

“Ermənsitan özünü həm də Ermənistan SSRİ-nin hüquqi varisi elan edib. Bu amil, həmçinin vaxtilə Ermənistan SSR Ali Soveti ilə heç bir hüquqi statusu olmayan “Dağlıq Qarabağın milli şurası” aslı separatçı, qanunsuz təsisatın “qərarları” SSRİ Konstitusiyasına zidd olduğundan SSRİ Ali Soveti tərəfindən ləğv edildiyi üçün, rəsmi İrəvan müstəqillik bəyannaməsindən bu iddiaları çıxarmalıdır. Bunun üçün isə Ermənistan parlamentinin müstəqillik bəyannaməsindən, sadaladığım hüquqi faktlara və başqa dövlətlərə ərazi iddialarının BMT Nizamnaməsinə zidd olduğuna istinad edərək, müstəqillik bəyannaməsinə redaktə xarakterli dəyişiklik etməlidir. Vəssalam. Bunun üçün, Paşinyanın iddia etdiyi kimi yeni konstitusiyanın qəbulina ehtiyac yoxdur. Ermənsitan parlamenti bu problemi bir neçə dəqiqənin içərisində aradan qaldıra bilər”.

Sərhəddə sabitliyin hökm sürməsinə gəldikdə, E.Mirzəbəyli bildirdi ki, məlum olduğu kimi Azərbaycan heç vaxt gərginliyin yaranmasında maraqlı olmayıb:

1650702329225314399_1200x630.jpg (241 KB)

“Bir qayda olaraq, atəşkəs rejimini Ermənistan tərəfi pozub. Hazırda sərhəddə sabitliyin hökm sürməsi Ermənistanın hələlik təxribatlardan çəkinməsi ilə bağlıdır. İrəvan çox yaxşı bilir ki, əgər hər hansı bir təxribata əl atılarsa bunun cavabı və nəticələri həddindən artıq ağır ola bilər”. Siyasi şərhçi qeyd etdi ki, bu barədə məlumat yayan ABŞ-nin “Fitch Group” şirkəti kifayət qədər ciddi təsisatdır, amma bir qayda olaraq, kredit reytinqlərinin, investisiya risklərinin müəyyənləşdirilməsi ilə məşğul olur: “Şirkətin “Fitch Solutions” təsisatının sülh müqaviləsi ilə bağlı təxminləri də məhz bu kontektdən, yəni investisiya riskləri müstəvisindən irəli sürülüb. Qeyd edib ki, mediada “Fitch Solutions”un Azərbaycanla bağlı hesabatının yalnız ödənişsiz hissəsində yer alan məqamlar yayımlanıb. Ödənişli hesabatın qiyməti isə 1630 ABŞ dolları təşkil edir. Hesabatın ödənişsiz hissəsində qeyd olunur ki, “Biz Azərbaycan iqtisadiyyatının 2023-cü ildə təxmin edilən 2,4% illik artımdan sonra 2024-cü ildə 2,6% artacağını və 2010-2020-ci illərdə qeydə alınmış pandemiyadan əvvəlki 1,2% tendensiyadan rahatlıqla yuxarı qalxacağını gözləyirik. Qısa və ortamüddətli perspektivdə Azərbaycan Avropa İttifaqının təbii qaza artan tələbatından faydalanacaq. Çünki Aİ enerji təchizatında Rusiyadan uzaqlaşmağa çalışır. Biz inanırıq ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi 2024-cü ilin əvvəlində əldə edilə bilər”. E.Mirzəbəylinin sözlərinə görə, çox güman ki, sülh sazişində Azərbaycanın Zəngəzur dəhlizinə nəzarətini gücləndirəcək müddəalar daxil ediləcək: “İndisə “Fitch Solutions”un Ermənsitanla bağlı hesabatının ödənişsiz hissəsinə diqqət edək: “Biz Ermənistanda 2024-cü ildə iqtisadiyyatın 5,8% böyüyəcəyini gözləyirik. Baxmayaraq ki, Ermənistan iqtisadiyyatı Rusiya ilə Avropa arasında ticarətin yenidən bölüşdürülməsindən faydalanır, amma bazarı əhatə edən geosiyasi risklər artmaqdadır və bu, ticarəti, həmçinin sərmayələri ciddi təzyiq altında qoya bilər. Azərbaycanın öz əraziləri üzrəndə nəzarəti bərpa etməsindən sonra Ermənistan Qərblə münasibətlərini yaxşılaşdırmağa cəhd göstərir. Bu strategiyanın riskli olmasını şərtləndirən amil isə Ermənsitan iqtisadiyyatının Rusiyadan asılı olmasıdır”. Göründüyü kimi, açıqlanan məqamlar hər kəsə, mahiyyət etibarilə aydın olan, görünən faktorlardır. Bu barədə sizin qəzetə açıqmamalarımda da dəfələrlə söz açmışam. Amma bütün hallarda “Fitch Solutions”un Azərbaycana risklərin dəyərlənsirilıməsi kontekstində üstün mövqedə tqədim etməsi müsbət hadisədir.

ABŞ-da yerləşən Xarici Əlaqələr Şurasına (Council on Foreign Relations) gəldikdə isə, öncə qeyd edim ki, sözügedən təsisat müstqəil beyin mərkəzidir və heç bir halda Amerika Birləşmiş Ştatları Senatının Xarici Əlaqələr Komitəsi və ya Avropa Xarici Əlaqələr Şurası ilə qarışdırılmamalıdır. Bununla yanaşı qeyd edim ki, Xarici Əlaqələr Şurasının hazırkı prezidenti Maykl Froman demokratlara yaxınığı seçilir. Bu baxımdan, müharibə ehtimalı ilə bağlı iddialara, daha çox demokratların seçkiqabağı informasiya təxribatı kimi yanaşıram”.

E.Paşasoy,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR