İnsanlara hürriyət, millətlərə istiqlal!

"Müharibə dövründə erməni lobbisi Azərbaycan əleyhinə təbliğat aparırdı" -Mübariz Qurbanlı  

446 04.11.2021 14:45 Ölkə A A

"Müharibə dövründə erməni lobbisi Azərbaycan əleyhinə təbliğat aparırdı".

Musavat.com xəbər verir ki, bu fikri Dini işlər üzrə dövlət komitəsinin sədri Mübariz Qurbanlı "Vətən və iman" kitabının təqdimatı zamanı deyib.

Komitə sədri qeyd edib ki, ermənilərin təsiri altında olan qüvvələr-siyasətçilər, media qurumları Azərbaycana qarşı kampaniyalar aparırdılar: "Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bir neçə gündən sonra Zəfər gününü qeyd edəcəyik. Təqdim olunan kitabda din xadimlərinin Vətən müharibəsi dövründə fəaliyyətini əks etdirən sənədlər toplanıb.

Müharibə ön və arxa cəbhədə gedirdi. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan əleyhinə təbliğat aparılırdı. Ermənilər müharibəni nəyin bahasına olursa-olsun dini müharibə müstəvisinə keçirməyə çalışırdılar. Beynəlxalq miqyasda geniş kampaniyalar keçirilirdi. Belə dövrdə İslam Əməkdaşlıq Təşkilatının xətti ilə, o cümlədən beynəlxalq və regional dini qurumlar vasitəsilə Azərbaycan həqiqətlərini dünyaya çatdırmışıq. Vətən müharibəsi dövründə Azərbaycanın haqlı mübarizəsində informasiya müharibəsində din xadimləri fəal iştirak edib".


Nigar HƏSƏNLİ
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR