İnsanlara hürriyət, millətlərə istiqlal!

Müharibə alovlandı: Ukrayna raketləri Rusiyanı vurur, Putin qəzəbli - CANLI

4370 01.04.2022 15:39 Gündəm A A

Rusiya Prezidenti Vladimir Putinə Belqoroddakı neft anbarındakı yanğınla bağlı məruzə olunub. Regionun yanacaqla fasiləsiz təmin olunması üçün tədbirlər görülür.

Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Belqorodda baş verənlər, şübhəsiz ki, Rusiya ilə Ukrayna arasında danışıqların davam etdirilməsi üçün rahat şərait yaratmaq kimi qəbul edilə biləcək məsələ deyil.

Kremlin sözçüsü Rusiyanın havada Ukrayna üzərində üstünlüyünün mütləq fakt olduğunu, lakin hüquq-mühafizə orqanlarının bu hadisəyə qiymət verməli olduğunu vurğulayıb.

Ukrayna Rusiyanın Belqorod şəhərində yerləşən neft anbarına raket zərbələri endirib. Nəticədə neft anbarındakı çənlərdə yanğın baş verib. Bəzi şərhçilərin ehtimalına görə müharibə Rusiya ərazisinə keçir və Ukrayna bu ölkəni raketlərlə vurmağa davam edə bilər.

TVMusavat-ın canlı efirində siyasi ekspertlər Məhəmməd Əsədullazadə ilə Xəyal Bəşirov Ukrayna müharibəsini, Brüsseldə keçiriləcək Əliyev-Paşinyan görüşündən gözləntiləri müzakirə edirlər. Tamaşaçılar da verilişə qatıla bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/tvmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR