İnsanlara hürriyət, millətlərə istiqlal!

Mühacir jurnalistin Azərbaycan qeydləri: "İkinci səfərimdə bunları gördüm..."

1288 10.05.2022 15:21 Yazarlar A A

11 illik vətən həsrətindən, qürbət yanğısından sonra keçən il Azərbaycana səfər edərək, vətənlə körpüləri yenidən bərpa etmişdim.
Növbəti, yəni ikinci səfərim, bu ilin aprel ayının sonlarına təsadüf etdi, müqəddəs Ramazan ayının son həftəsini Azərbaycanda keçirdim və illər sonra Ramazan bayramını öz həmvətənlərimlə birgə qeyd etdim.

Bu səfər həm də, Fransada məktəblərdə başlayan 2 həftəlik bahar tətilindən istifadə edərək, ailəliklə birgə tətil planının bir parçasıydı.
Mənim Azərbaycana səfərimin, Diaspora Komitəsinin Şuşada keçirdiyi qurultayla eyni tarixlərə düşməsi, tamamilə təsadüf idi, daha doğrusu mən səfər əsnasında bu qurultayın keçirələcəyini öyrənsəm də, hər hansı bir rəsmi dəvət olmadığı və öncədən planlaşdırma olmadığı üçün iştirakım mümkün deyildi.

Diaspora Komitəsi və ümumiyyətlə diaspora fəaliyyətiylə bağlı daha geniş yazacağım üçün bu hissəni sonrakı yazımda ələ alacam.
15 günlük növbəti Azərbaycan səfərində, keçən il olduğu kimi, vaxt qıtlığı və sıx görüş qrafiki var idi. Bu baxımdan, hələ ki, ailəliklə getdiyimiz Azərbaycanda, bizə ailəliklə istirahət etmək nəsib olmayıb.

Без названия (2).jpg (190 KB)

Bakıda olduğum müddətdə, qohum ziyarətləriylə yanaşı, müxtəlif ictimai-siyasi sektor nümayəndələriylə, media və mətbuat təmsilçiləriylə, siyasətçilər və millət vəkilləriylə, müxtəlif dövlət qurumlarında rəhbər vəzifələrdə çalışan şəxslərlə, müxtəlif biznes seqmentində fəaliyyət göstərən iri və orta sahibkarlarla keçirdiyim görüşlər, Azərbaycandakı ümumi ab-hava ilə bağlı təəssüratlarımın formalaşmasına kömək etdi.

Nəzəri olaraq səsləndirilən fikirlərin, reallıqda tətbiqi ilə bağlı ortaya çıxan çətinliklərin və yansımalarının, buna qarşılıq, irəli sürülən alternativ fəaliyyət mexanizmi və problemin həlli yollarıyla bağlı apardığımız müzakirə və diskussiyalar, bütün mənfi və əksik nüanslara baxmayaraq, müsbət dəyişikliklərin davam edəcəyi ilə bağlı məndə inam yaratdı.

Без названия (4).jpg (167 KB)

Bəli, ölkəmizdə dövlət qurumlarından və eyni zamanda vətəndaş məsuliyyətsizliyindən qaynaqlanan kifayət qədər əksikliklər var, ancaq bu əksikliklərin aradan qaldırılması üçün formalaşan və daima özünü yeniləməkdə olan bir mexanizm yaradılmaqdadır.

SSRİ eşalonundan çıxmış, “rus peraşkisi yemiş”, köhnə və irticai təfəkkürlü qrupların göstərdiyi müqavimət, ola bilsin ki, bu prosesi yubadır, ancaq qarşısını almaq gücündə deyil.

Bu gün, dövlət qurumlarında gəncləşmə və yenilənmə gedir, dövlət kadrlarının təhsil və bilik səviyyəsi on il əvvəlkilərlə müqayisəedilməzdir, gənc kadrların dünya görüşü və problematik məsələlərə gətirdikləri yenilikçi baxışlar, yeni və çevik idarəçilik qabiliyyətləri, kollektiv məsuliyyət anlayışı, dövlət idarəetməsinə öz müsbət töfhələrini verməkdədir.

Без названия (3).jpg (96 KB)

Azərbaycanın yerləşdiyi regionu və bu regionun yaratdığı reallıqları nəzərə alsaq, hər nə qədər ölkə daxilində aparılan siyasət, prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətin kölgəsində qalsa da, bu məsələ də də müsbət yöndə tarazlığın formalaşacağına inanıram.

Əldə olunmuş minimum imkanlardan, mümkün olandan maksimum istifadə siyasətinin tətbiqini ölkə daxilində də görməkdəyik.
Bəli, əksikliklərimiz var, lakin bu əksiklikləri həll etməkdə maraqlı olan siyasi iradə də var!

Bütün çətinliklərə, əksikliklərə və problemlərə baxmayaraq biz doğru yoldayıq.

Elə, əsas olan da budur!

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR