Müğənni Yeganə Mürsəlovanın həyat yoldaşı danışdı
Bir neçə gün öncə oğlu Ömərin kiçik toy mərasimini keçirən müğənni Yeganə Mürsəlovanın səhhəti pisləşib. “Xəzər” telekanalında yayımlanan “Ay Zaur” verilişinin çəkilişlərinə hazırlaşan sənətçi qəfildən huşunu itirərək yıxılıb. Həkimlər ona ürəyində problem olduğunu və ciddi müalicə tələb edildiyini bildiriblər.
Hazırda onun səhhətinin necə olduğunu öyrənmək üçün müğənni ilə əlaqə saxladıq.
Telefona həyat yoldaşı Fatih bəy cavab verdi. “Balaca problem yaranmışdı, indi yatır” - deyən, həyat yoldaşı, müğəninin həkim müayinəsindən keçəcəyini söylədi: “Həkimlər də nə olduğunu bilmir. İynə vurulub deyə indi yatır. İnşallah həkim yoxlamasından keçəndən sonra nə olduğunu biləcəyik”.
Fəridə Abdıyeva






