İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənni seçki bülleteninin arasında prezidentə müraciət yazıb

1684 31.10.2013 13:01 Son xəbər A A
Prezident seçkiləri günü seçki məntəqələrindən birində maraqlı hadisə baş verib. Səs vermək üçün seçki məntəqələrindən birinə gələn Azərbaycanın tanınmış müğənnilərindən biri  əvvəlcədən prezident İlham Əliyevə yazdığı müraciəti seçki bülleteninin arasına qoyaraq seçki qutusuna atıb. 

Gunxeber.com-un məlumatına görə, həmin müğənni “Elit Star” kimi tanınan Cəmilə olub. Müğənni seçki bülleteninin arasında qutuya atdığı müraciətində oğlu, gəlini və nəvələri ilə birlikdə  16 kvadratmetrlik bir mənzildə yaşadığını və həyat şəraitinin ağır olduğunu yazıb. Cəmilə prezident İlham Əliyevin siyasətini dəstəklədiyini və hər zaman seçkilərdə ona səs verdiyini bildirib. Müğənni mənzil şəraitinin yaxşılaşdırılması üçün prezidentdən kömək istəyib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR