İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənni Kərimdən Elçin Əlibəyliyə ağır ittiham: "Mənimlə yaxın olmaq istəyirdi"

4599 16.11.2019 17:57 Şou-biznes A A

Müğənni Kərim Abbasov aparıcı Elçin Əlibəyli ilə bağlı şok iddia irəli sürüb.

Musavat.com xəbər verir ki, sənətçi  bildirib ki, Əlibəyli ona yaxın olmaq üçün dəfələrlə təklif ünvanlayıb:

"Camaat, eşidin və bilin: Elçin 12-13 il əvvəl məni özünə yaxın tutmaq üçün əlaqə yaratdı. Qorxumdan onunla tək qala bilmirdim. Qurşaqdan aşağı əl atmalarından bezmişdim. Hər dəfə məni divara dirəyib, nələrsə tələb edirdi. Ondan qaçdım və əlaqəni kəsdim. Sonra məndən qisas almaq üçün Təranə (keçmiş arvadı, prodüser Təranə Səmədova - red.) ilə birləşib məni efirdən "vurdu". Öz cinsi azlıq adını mənə qoydu. Mən həm Təranə, həm də Elçinin qurbanı oldum.

Qardaşın Oqtay ("Soy" prodakşının rəhbəri Oqtay Əliyev - red.) sənə məsləhət gördü ki, Kərim zibillərinin üstünü aşmamış, efirdən get. ATV-də işləyəndə orada kimlərin balalarına əl atmamısan ki... Onlarla birləşib, təcavüz etdiyin üçün sənə qarşı  cinayət işi açacam. Əlimdən rahat qurtara bilməyəcksən.

Ümid edirəm ki, məni məhkəməyə verərsən. Sənin qara günlərin ondan sonra başlayacaq".

Qeyd edək ki, uzun müddətdir, Kərimlə Elçin Əlibəyli bir-birinin ünvanına xoşagəlməz ifadələr işlədir. Bu gün teleaparıcı televiziyadan uzaqlaşdığını açıqlayıb.

Könül
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR