Müğənni iki jurnalisti həbs etdirmək istəyir
www.aznews.az xəbər portalının baş redaktoru Elçin Zahiroğlunun və portalın əməkdaşı İntiqam Aliyevin həbsi istənilir. Tanınmış müğənni Mətanət İsgəndərova Nərimanov Məhkəməsinə xüsusi ittham qaydasında müraciət edərək hər iki jurnalistin böhtana görə (Cinayət Məcəlləsi. maddə 147.1) cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Media Hüququ İnstitutunun jurnalistlərin hüquqlarını müdafiə edən vəkillərindən Fariz Namazlının bildirdiyinə görə, hazırlıq iclası iyun ayının 19-da keçiriləcək. Vəkil defamasiyaya görə xüsusi ittiham qaydasında şikayətin icraata götürülməməsini məhkəmədən tələb edəcək.






