İnsanlara hürriyət, millətlərə istiqlal!

Müğənni Afət Fərmanqızı Məhkəmə Hüquq Şurasına müraciət etdi – Video  

1242 09.04.2022 17:34 Şou-biznes A A

Müğənni Afət Fərmanqızı Məhkəmə Hüquq Şurasına müraciət edib.

Musavat.com xəbər verir ki, bu barədə o, İnstaqram səhifəsində paylaşdığı videoda məlumat verib.

O, aşağıdakıları qeyd edib:

“Mən Həsənova Afət Fərman qızı Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədov və Ali Məhkəmənin sədri Ramiz Rzayevə müraciət edirəm. Diqqətinizə çatdırıram ki, 2019-cu ildə İmadəddin Nəsiminin qəzəlinə mahnı ifa etdim. Həmin vaxt Flora Kərimova adlı müğənni məni tənqid etməyə başladı, ictimai nüfuzuma xələl gətirdi, təhqirə yol verdi, amma mən əhəmiyyət vermədim. Üstündən üç il keçdikdən sonra o məni Binəqədi rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət etdi. Biz vəkilimlə düşündük ki, məni ittiham etdiyi maddələrin vaxtı keçib və heç bir cavabımda onun adını çəkməmişəm. Düşündük ki, məhkəmə bunu icraata götürməyəcək, lakin hakim Mahirə Kərimova bizi təəccübləndirdi. Belə olan halda biz düşündük ki, bu məsələnin arxasında çox ciddi qüvvələr dayanır”.

Həmin görüntüləri təqdim edirik:

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR