İnsanlara hürriyət, millətlərə istiqlal!

MÜƏMMALI QƏTL: Polis yataqxanasında 26 yaşlı qız başından güllələnib - TƏFƏRRÜAT

2865 16.04.2023 16:27 Hadisə A A

Türkiyənin Manisa şəhərində dəhşətli hadisə baş verib. 

Musavat.com xəbər verir ki, səhər saatlarında polis şəhərciyində silah səsləri eşidilib.

Polis getdiyi evdə gözəllik salonu işlədən 26 yaşlı Yeşim Akbaşı qanlar içində yerdə hərəkətsiz vəziyyətdə tapıb. Xəstəxanaya aparılan Akbaş həyatını itirib. Hadisədən sonra mənzildə yaşayan polis jandarma qrupları tərəfindən saxlanılıb. Yeşim Akbaşın qətl və ya intihar nəticəsində həyatını itirdiyi istintaqın sonunda bəlli olacaq. 

Manisanın Dəmirçi rayonunda gözəllik salonu işlədən 26 yaşlı Yeşim Akbaş polis yataqxanasında müfəttiş müavini 32 yaşlı D.Y.-nin otağında başından güllənmiş vəziyyətdə tapılıb. Xəstəxanaya aparılan Akbaşın həyatını xilas etmək mümkün olmayıb. D.Y. isə məhkəmə nəzarəti şərti ilə azadlığa buraxılıb. Hadisə istifadə olunan silahın da müfəttiş müavini D.Y.-yə aid olduğu müəyyən edilib.

Eyni zamanda məlum olub ki, Yeşim Akbaş və D.Y. hadisədən bir gün öncə İlçe Polis Şöbəsinin iftar süfrəsində iştirak edib və həmin məclisdə şəkil çəkdiriblər.

Musavat.com

2

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR