İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimlərin işə qəbulu üzrə test imtahanının vaxtı açıqlanıb

1401 29.06.2018 12:30 Ölkə A A

“Müəllimlərin işə qəbulu üzrə test imtahanı mərhələsi iyulun 16-da başlayıb avqustun 2-dək başa çatmalıdır".

“Report” xəbər verir ki, bunu Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə deyib.

O qeyd edib ki, imtahanlarda namizədlər 90 dəqiqə ərzində 60 suala cavab verməlidirlər: “Üçüncü mərhələdə yerləşdirmə aparılacaq. Bundan sonra isə dördüncü yəni müsahibə mərhələsi olacaq”.

M.Camalzadə bildirib ki, imtahanlarda açıq tipli sualların salınması nəzərdə tutulmayıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR