İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsinə başlanılır

618 15.04.2022 20:11 Təhsil A A

Təhsil Nazirliyi sisteminə daxil olan dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsi həyata keçiriləcək.

Musavat.com "Report"a istinadən xəbər verir ki, müsabiqəyə növbəti həftə ərzində start verilməsi planlaşdırılır.

Müəllimlərin iş yerinin qarşılıqlı dəyişdirilməsi müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında müəllim olaraq çalışan və əsas iş yeri üzrə minimum 5 saat dərs yükünə sahib olan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, hazırlanmış proqram təminatı vasitəsi ilə qarşılıqlı yerdəyişmə etmək istəyən şəxslərə tamamilə elektron şəkildə müraciət və yerdəyişmə etmək imkanı yaradılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR