İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimin qızını öldürən şəxs özünü qismən günahkar bilir

1202 11.11.2016 13:40 Kriminal A A
Sevgilisi ilə birlikdə istirahət mərkəzinə gedən və orada onu öldürən şəxsin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl hadisəsi törətməkdə təqsirli bilinən 1982-ci il təvəllüdlü Elməddin Əhmədovun cinayət işi üzrə məhkəmə prosesində prokuror ittiham aktını elan edib. E.Əhmədov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bildiyini deyib.

Daha sonra zərərçəkmişin hüquqi varisinin məhkəməyə gəlmədiyi elan olunub. Hüquqi varis məhkəməyə məktub göndərərək təqsirləndirilən şəxsin dindirilməsində iştirak etmək istədiyini bildirib. Bu səbəbdən də məhkəmədə təqsirləndirilən şəxsin dindirilməsi baş tutmayıb.

Növbəti məhkəmə prosesi noyabrın 17-nə təyin olunub.

Hadisə bu il, yanvarın 15-də Qubadakı “Retro” istirahət mərkəzində baş verib. İstirahət mərkəzində Sumqayıt şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

Məlum olub ki, 2016-cı il, yanvarın 13-nə keçən gecə Könül Zalova idarə etdiyi “İnfiniti” markalı avtomobildə tanışı, Bakı şəhər sakini Elməddin Əhmədovla birgə istirahət mərkəzinə gəlib. Meyit tapılarkən isə Elmədin Əhmədov hadisə yerində olmayıb. 

Qeyd edək ki, Könül Zalovanın atası Zülfi Zalov Sumqayıt Dövlət Universitetinin müəllimidir. Könül Zalovanın E.Əhmədovla uzun müddət münasibəti olub. Qətlə səbəb onların arasında pul üstündə yaranmış mübahisənin olduğu bildirilir. Könül Zalovanın təqsirləndirilən şəxsin 200 min manatını mənimsədiyi qeyd edilir.
 
İ.Muradov,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR