İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimə işləyən arvadını vəhşicəsinə qətlə yetirən şəxsə ağır cəza

1145 07.04.2017 11:34 Ölkə A A

Həyat yoldaşını döyərək öldürməkdə təqdirləndirilən şəxsin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Namiq Əkbərzadənin cinayət işi üzrə məhkəmə prosesi hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilib.

Bildirək ki, qətlə yetirilən 2 uşaq anası 37 yaşlı Dilarə Hüseynovadır. Onu qətlə yetirməkdə təqdirləndirilən şəxs isə 1974-cü il təvəllüdlü əri Əkbərzadə Namiq İsa oğludur.

Bu gün baş tutan məhkəmədə təqdirkəndirilən şəxsə hökm oxunub. Hökmə əsasən 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətlə yetirilən D.Hüseynova Bakı Biznes və Koorperasiya Kollecində müəllim işləyib.

Əkbərzadə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ölümə səbəb olduqda) və 120.1-ci maddələri ilə təqsirli bilinir.

N.Əkbərzadə arvadını qətlə yetirməsinin səbəbini izah edərkən bildirmişdi ki, aralarında tez-tez mübahisə olub. Sonuncu dəfə isə arvadı ona uşaqlarından birinin ondan olmadığını deyib. N.Əkbərzadə bu sözdən sonra arvadını qətlə yetirmək qərarına gəldiyini söyləyib.

İ.Muradov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR