İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllim olmaq istəyənlər üçün qiymətləndirmə çərçivəsi hazırlanıb

626 28.02.2020 11:02 Təhsil A A

2020-2021-ci tədris ili üzrə müəllim olmaq istəyən namizədlər üçün qiymətləndirmə çərçivəsi hazırlanıb.

Təhsil Nazirliyindən Musavat.com-a verilən məlumata görə, qiymətləndirmə çərçivəsinə namizədlərin hazırlıq səviyyəsinə qoyulan tələbləri müəyyənləşdirən səriştələrin siyahısı, istifadə olunacaq tapşırıqların məzmun sahəsi, eləcə də çətinlik dərəcəsini müəyyənləşdirən qiymətləndirmə cədvəli daxildir.

Bu çərçivənin hazırlanması hər bir fənn üzrə təklif ediləcək qiymətləndirmə vasitələrinin xüsusiyyətləri ilə tanışlıq məqsədi daşıyır. Həmin sənədlər müsabiqədə iştirak etmək istəyən namizədlər üçün bələdçi rolunu oynayacaq.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR