Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başlayıb
Müdafiə Nazirliyinin Tibb Baş İdarəsində qaynar xətt fəaliyyətə başlayıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı Müdafiə Nazirliyi verib.
Yaralanan hərbi qulluqçuların vəziyyəti barədə operativ məlumat almaq üçün Silahlı Qüvvələrin Baş Klinik Hospitalında sutka ərzində fəaliyyət göstərən 406-87-41 nömrəli qaynar xətt yaradılıb.






