İnsanlara hürriyət, millətlərə istiqlal!

"Müdafiə Nazirliyimizin gördüyü işləri zamanında atılmış doğru addım hesab edirik" - REAL partiyası

758 19.09.2023 16:36 Son xəbər A A

Xəbər verdiyimiz kimi, Ermənistanın Azərbaycanın konstitusiya quruluşuna yönəlik hərbi təhdidlərinə qarşı ölkəmizin keçirdiyi lokal antiterror əməliyyatlarına  siyasi partiyalar dəstək Bəyanatı qəbul ediblər.

Real Partiyası bu birgə bəyanata qoşulmayıb. Bunu ölkə ictimaiyyəti yanlış hesab edir. Partiya bildirib ki, onlar ayrıca bəyanat yayıblar. Ayrıca bəyanat birgə bəyanatın siyasi əhəmiyyətini azaltsa da, Real Partiyasının yaydığı həmin bəyanatı oxucuların diqqətinə olduğu kimi çatdırırıq:


"Bu gün, 2023-cü il sentyabrın 19-da Qarabağdakı kriminal rejimin davam edən cinayətləri nəticəsində yenə Azərbaycan vətəndaşları – mülki şəxslər və polis əməkdaşları – həyatını itirdi.

Davamlı cinayətlərə son qoymaqdan ötrü, bu gün Azərbaycan Ordusu tam hüquqi və mənəvi əsasla lokal anti-terror əməliyyatına başladığını elan etdi.

Respublikaçı Alternativ (REAL) Partiyası bu əməliyyatın elan olunan məqsədlərini tamamən dəstəkləyir. Xüsusilə də onun dinc əhaliyə qarşı deyil, qanunsuz hərbi birləşmələrə və onların infrastrukturuna qarşı aparıldığına beynəlxalq və yerli ictimaiyyətin diqqətini cəlb etmək üçün var gücü ilə çalışacaq. Bu baxımdan, mülki əhali üçün çıxış dəhlizlərinin yaradılması haqda Müdafiə Nazirliyimizin bəyanatını və bununla bağlı gördüyü işləri də zamanında atılmış doğru addım hesab edirik.

Prezident İlham Əliyevin Ali Baş komandan olaraq, 2020-ci ilin 44 günlük müharibəsi zamanı olduğu kimi, bu əməliyyatın gedişində də tamamən doğru qərarlar verəcəyinə partiya olaraq əminliyimizi ifadə edirik.
Müzəffər Ordumuza bu şərəfli, ədalətli və qanuni işində uğurlar olsun!"

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR