İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Nazirliyi zabitlərin maaş məsələsinə aydınlıq gətirdi

2912 19.03.2014 08:10 Ölkə A A

Zakir Həsənovun əmri büdcənin hesabına icra olunmalıdır. Büdcədə isə maaş və mükafatların artımı nəzərdə tutulmayıb. Məlumatda deyilir ki, Samir Şərifov artıq Zakir Həsənovun əmrlərinin ləğvi ilə bağlı rəsmi tələb irəli sürüb. Müdafiə naziri bu tələbin qarşısında dirəniş göstərməyib və o, əmrini ləğv etməyə məcbur olub. Bu yazıdan sonra “Yeni Müsavat” əməkdaşı sorğu ilə Müdafiə Nazirliyinin mətbuat xidmətinə müraciət edib. Sorğu vasitəsilə aşağıdakı suallara aydınlıq gətirilməsi xahiş olunub.  

1. Zakir Həsənov belə bir əmr imzalayıbmı? 
2. İmzalayıbsa, bu əmr neçə zabitə və hansı xidmətlərinə görə  şamil olunacaq?
3. Maliyyə Nazirliyinin etirazı olubsa, əsaslı hesab edirsinizmi? 
Sorğunu Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Vaqif Dərgahlı cavablandırıb. 

Həmin cavabı təqdim edirik:

-Müdafiə nazirinin belə bir əmri olmayıb və təbii ki, olmayan əmr də ləğv oluna bilməz.
Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrin maliyyələşdirilməsi dövlət büdcəsindən müdafiə xərcləri bölməsi üzrə nəzərdə tutulmuş vəsaitlər hesabına həyata keçirilir. 


Xidmət rəhbəri qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, hərbi qulluqçulara təminat xərcliyi verilməsinin qaydası və bu xərcliyin normalarının, o cümlədən vəzifə və rütbə maaşlarının məbləğlərinin dəyişdirilməsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən olunur:
- Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin 18 dekabr 2013-cü il tarixli Azərbaycan Respublikası  Müdafiə Nazirliyi haqqında müvafiq fərmanının icrası ilə əlaqədar aparılan islahatlara əsasən, bəzi kateqoriyadan olan hərbi qulluqçuların vəzifə maaşlarında ediləcək dəyişikliklərlə əlaqədar təkliflər hazırlanıb və razılaşdırılması üçün Maliyyə Nazirliyinə göndərilib. Layihəyə müsbət rəy verilərsə, sənəd təsdiq olunması üçün Nazirlər Kabinetinə göndəriləcək. Yalnız Nazirlər Kabinetinin müsbət qərarından sonra sənədin icra olunması üçün müdafiə naziri müvafiq əmr imzalayır.

E. MƏMMƏDƏLİYEV

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR