MÜDAFİƏ NAZİRLİYİ TƏLAŞDA, 150 ZABİT “ZƏHMƏTKEŞ MƏKTUBU” YAZDI
Bu, bir qrup hərbi qulluqçunun 26 yanvarda verdikləri bəyanatındandır. Bəyanatda daha sonra bildirilir ki, adlarını “hərbi ekspert” qoyan bəzi adamlar bu cür antimilli və antidövlət çağırışlara imza atır: “Biz bundan çox üzülürük. Axı ordumuz onların qələmə verdiyi şəkildə deyil”. Bəyanat müəllifləri hərbi qulluqçuların əmək haqlarının artırılması, yeni mənzillərlə təmin olunması, istifadə edilməmiş məzuniyyət günləri əvəzinə pul kompensasiyasının ödənilməsi və digər zəruri məsələlərlə bağlı lazımi addımların atıldığını vurğulayıblar: “Bizim ”qayğımıza" qalanlar niyə bunları görmürlər? Hər şey aydındır. Ordumuza qara yaxmaq istəyənlər, görsənir ki, belə mənfur əməlləri bilərəkdən və düşünülmüş qaydada edirlər. Məqsəd də Silahlı Qüvvələrimizlə xalq arasında olan birliyi zəiflətmək, ordunun imicinə zərbə vurmaqdan ibarətdir. Bu niyyətlər heç zaman reallaşmayacaq. Biz öz dövlətimizə və Ali Baş Komandanımız İlham Əliyevin qayğılarına güvənir və inanırıq".
Bəyanatı Müdafiə Nazirliyinin idarə rəisi, general-leytenant Yaşar Aydəmirov, polkovnik Yaqub Əhədov, polkovnik-leytenant İslam Gəncəliyev, ümumilikdə 150-dən artıq hərbi qulluqçu imzalayıb.
İctimai Palatanın Koordinasiya Şurasının üzvü Zəfər Quliyevin sözlərinə görə, bu sənəd təsadüf nəticəsində ortaya çıxmayıb: “Bu, sifarişli, hazırlanmış, düşünülmüş və hansısa yeni proseslərə yol açan bir bəyanatdır. Ancaq bu bəyanatı konkret, daha dəqiq şərh etmək üçün bir az düşünmək lazımdır”.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev də deyir ki, hərbçilərin dolayısı ilə siyasi rəhbərliyə dəstək verməsi səbəbsiz deyil: “Prinsipcə burda işarə verirlər ki, biz hakimiyyəti dəstəkləyirik. Yanvar ayında baş verən hadisələrdən biri də ordu ilə bağlı idi və demək olar ki, hər şey ordudan başladı. Bu mənada hərbi rəhbərlik də bu məsuliyyəti dərk edir, vəziyyəti başa düşür. Onlar narahatdırlar ki, yüksək səviyyədə tədbir görülə bilər. Necə ki, İsmayıllı hadisələri ilə bağlı Ələkbərov qardaşlarının cəzalandırılacağı barədə xəbərlər yayılıb. İndi də generalitet özünü sığortalamaq istəyir. Onlar da narahatdır”.
Hərbi ekspert Üzeyir Cəfərov kimlərəsə görə ordunu gözdən salmağın tərəfdarı olmadığını bildirdi: “Orduda bizim övladlarımız xidmət edir və çalışmalıyıq ki, hansısa nöqsanlara görə bütövlükdə ordunu gözdən salan mövqe sərgiləməyək. Bilmirəm bəyanatda ”hərbi ekspertlər" dedikdə kimlər nəzərdə tutulub. İstərdim ki, konkret ad çəksinlər, desinlər ki, filankəs, məsələn, ordunun düşmənidir. Vaxtilə biz də kifayət qədər ordudakı nöqsanlardan yazmışıq, danışmışıq. Ancaq biz ordumuzu sevdiyimizdən oradakı nöqsanların aradan qaldırılmasına çalışmışıq. Mən bilmirəm indi nə məcbur edib ki, hərbçilər bu müraciətləri yayıblar. Bəlkə əsgər Ceyhun Qubadovun ölümü ilə bağlı baş verənlərdən qaynaqlanıb? Sözsüz ki, bəzi qəzetlər, maraqlı adamlar müdafiə naziri ilə olan ədavəti orduya qarşı yönəldir, bu da yolverilməzdir. Ancaq hər şeyi öz adı ilə çağırmaq lazımdır".
Ü.Cəfərov general Aydəmirovu kifayət qədər yaxından tanıdığını bildirdi və müsbət xarakterizə etdi: “Aydəmirov çox savadlı, təcrübəli generaldır. Uzun illər Əfqanıstanda xidmət edib, onun korpus komandiri olan vaxt ordu hissələrimiz döyüş bölgəsində çox böyük uğurlar qazanıb. Kifayət qədər vətənpərvər adamdır. Mən hər kəsin fikrinə hörmətlə yanaşıram”.
Ü.Cəfərov bu məsələnin arxasında siyasi motivin olması ehtimalına da toxundu: “Əslinə qalsa, hərbçilər siyasətdən kənardır. Hazırda 2013-cü ildir deyə, bunu siyasətlə əlaqələndirənlər də ola bilər. Amma mən konkret bir söz deyə bilmərəm”.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu isə bildirdi ki, bu bəyanatın seçki ilə, müdafiə naziri ilə heç bir əlaqəsi yoxdur: “Bu, olsa-olsa, bəzi ekspertlərin və qəzetlərin uydurmasıdır”.