Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Məlumata görə, buna qəzetin 18 iyun tarixli sayında “Hərbçilər arasındakı atışmada 7 nəfər ölüb” başlıqlı yazı səbəb olub: “Heç bir əsası olmayan, iftira dolu həmin yazıda bildirilir ki, guya Füzuli rayonu istiqamətində yerləşən hərbi hissədə “növbəti türkürpədici qətliam baş verib və 7 hərbi qulluqçu qətlə yetirilib”. Bununla da cəbhə xəttində gecə-gündüz keşik çəkən əsgər və zabit heyətinin şərəfinə zərbə vurmağa, Azərbaycan Ordusuna böhtan atmağa cəhd edilib”.
Qeyd olunub ki, Müdafiə Nazirliyi məhkəmədə “Bizim Yol” qəzetindən dərc olunan məlumatın sübutunu tələb edəcək.






