İnsanlara hürriyət, millətlərə istiqlal!

Mübariz Qurbanlı: “Dini ekstremistlərə qarşı keçirilən əməliyyatlar onları maliyyələşdirənləri ayıltmalıdır”

624 26.10.2017 11:42 Ölkə A A

“Dövlət Təhlükəsizlik Xidmətinin dini ekstremistlərə qarşı keçirdiyi əməliyyat həmin qrupları hansısa formada maliyyələşdirən dairələri ayıltmalıdır”.


APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlının fikrincə, həmin dairələr başa düşməlidir ki, hüquq-mühafizə orqanları Azərbaycanda vətəndaşların, dövlətin təhlükəsizliyi üçün, ictimai-siyasi sabitliyin qorunması üçün hər zaman hazırdır: “Bu cür bəd əməllərin qarşısını almaqda qətiyyətini heç zaman əskik etməyəcək. Əminəm ki, bu cür əməliyyatlar zərurətdən irəli gəlib. O şəxslər ki, Azərbaycanda terror törətmək, dini radikal qruplara qoşularaq onun vasitəsilə Azərbaycanda ictimai-siyasi sabitliyə xələl gətirmək istəyir, onlara qarşı qətiyyətli olmalıyıq. Onları ictimai qınağa çəkməliyik və cəmiyyət qarşısında ifşa etməliyik”.

Qeyd edək ki, DTX-nın oktyabrın 25-də Xırdalan şəhərində keçirdiyi əməliyyatla Bakıda terror aktı törətməyə hazırlaşan dini ekstremist terror təşkilatının tabeçiliyini qəbul etmiş 3 nəfər məhv edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR