MÜBAHİSƏLİ MƏQAMLAR, MÜSAHİBƏ MƏQAMI
Qeyd edim ki, bu rubrikada yazılan məqalələr müəllifin şəxsi təşəbbüsü deyil, redaksiya kollektivinin kollegial şəkildə qəbul etdiyi qərarın məhsuludur. Məqsəd dövlət müstəqilliyimizin 20-ci ildönümündə ən yeni Azərbaycan tarixində iz qoymuş şəxsiyyətlərin keçdiyi həyat və mübarizə yolunu yaşı 20-nin üstündə və altında olan gənclərə anlatmaqdır.
Təcrübədən görürük ki, onlar 18-20 il əvvəl baş vermiş hadisələrdən tamamilə xəbərsizdirlər, üstəlik, müstəqilliyin bərpasında rol oynayan tarixi şəxsiyyətləri tanımırlar. Çoxları elə bilir ki, Heydər Əliyev Azərbaycanın ilk prezidentidir. Ondan əvvəl iki siyasi xadimin ümumxalq səsverməsi, ikisinin isə parlamentdə seçilərək qısa müddətli olsa da, dövlət başında durması faktından çoxları xəbərsizdir.
Bu yazılar ona görə yazılır ki, gənclər, ən azı oxucumuz olan cavanlar bu kimi məsələlərdən xəbərdar olsunlar.
Həmin yazıları yazmaq missiyası müəyyən məsləhətləşmədən sonra bu sətirlərin müəllifinin üzərinə düşüb. Çalışıram ki, obyektiv və qərəzsiz şəkildə bu işin öhdəsindən gəlim.
Bu, elə mövzudur ki, burada tərəf tutmaq, qərəzli olmaq, zatən mümkün deyil. Bunlar təbliğat xarakterli yazılar deyil, səlnamə səciyyəlidir. Söz yox ki, bir müəllifin yaddaşının, bilgilərinin və subyektiv mülahizələrinin məhsulu bütün hallarda mübahisə doğura bilər.
Ona görə də Yaqub müəllimin iradlarını anlayışla qarşıladıq. Axı hər olayda, prosesdə bilmədiyimiz, heç vaxt açıqlanmayan detallar var.
Yazının adından (“Elmdə atlı, siyasətdə piyada”) başlayaq. Ad seçərkən uzun fikirləşmək lazım gəlmədi. Yaqub Məmmədovun tanınmış və bacarıqlı alim olması, minlərlə həkim, yüzlərlə tibb alimi yetişdirməsi faktdır. Başlığın ikinci hissəsinə gəlincə, burada həm vaxtilə eks-spikerin dediyi “biz böyük şahmat taxtasındakı piyadayıq” sözünə vurğu var, həm də bu şəxsin bu gün siyasi arenada pay-piyada qalmasına işarə edilib.
Onu da bildirək ki, istefa verib hakimiyyətdən çəkiləndən sonra Y.Məmmədovun personasına xalqın münasibəti əsasən rəğbət xarakterlidir. Çoxları bu cür, istənmədiyini biləndə bir kənara çəkilən, vəzifədən dördəlli yapışmayan adamlara hörmət edir. 1992-ci ilin may ayının 14-də parlamentin iclasından sonra Y.Məmmədovun istefa verməsi, siyasi burulğanlarda iştirak etməməsi doğrudan da təqdirəlayiq hərəkət idi.
Elə professorun razılaşmadığı məqamlardan biri də bundan ibarətdir ki, o, heç də hakimiyyəti Ayaz Mütəllibova könüllü şəkildə, “çiynindən yük götürürmüş kimi” qaytarmayıb. Y.Məmmədov bu hərəkətin onun siyasi karyerasının sonu olduğunu bilirmiş və ona görə də dünən bir, bu gün ayrı qərar qəbul edən deputatları siyasi riyakarlıqda ittiham edibmiş.
Təəssüf ki, başqa videolentlərdən fərqli olaraq, həmin tarixi videogörüntülər telekanallarda nümayiş etdirilmir və bəzi həlledici məqamlar getdikcə unudulur. Parlamentin həmin iclasının videoyazısına təkrarən baxsaydıq, nəzərdən qaçmış bütün detalları olduğu kimi qeyd etmək olardı.
Sözügedən yazıda qeyd etdiyim bir firkin nə dərəcədə dürüst olmasını müəyyən etmək isə oxucuların üzərinə düşür.
Yazmışdım ki, 1990-91-ci illərə qədər xalq Yaqub Məmmədov deyiləndə əsasən başqa adamı tanıyırdı. Yaqub müəllim isə deyir ki, o, səhiyyə sferasında, elmi dairələrdə kifayət qədər tanınan adam olub, 20 mindən artıq tələbə onun imzası ilə diplom alıb, alim kimi yetişib və s.
Mən bir siyasətçinin ölkədə yaşayan hər kəs tərəfindən tanınmasını nəzərdə tutmuşdum. Adətən, bu cür populyarlıq bir şəxsin çox yüksək vəzifəyə təyin olunmasından sonra baş verir. Ən böyük alimləri, ən fəal deputatları belə ölkədə heç də hamı tanımır. Ancaq prezident, baş nazir, parlament sədri fəal olmasalar da, onları hamı tanıyır.
Prezident səlahiyyətlərinin icraçısı olaraq müstəqil Azərbaycanı idarə edən ikinci şəxslə - Yaqub Məmmədovla yaxın günlərdə geniş söhbət edərək, onun razılaşdığı və razılaşmadığı məqamlardan danışacağıq.