İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müasir Azərbaycan kinosu” çap olundu

626 17.04.2017 12:30 Mədəniyyət A A

Tanınmış kinoşünas, kinodramaturq, rejissor, Azərbaycan Respublikası Dövlət Mükafatı laureatı, əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşovun "Müasir Azərbaycan kinosu" monoqrafiyası çapdan çıxıb.

Avropa Azərbaycan Cəmiyyətindən Musavat.com- a bildirilib ki, TEAS Press Nəşriyyat evi tərəfindən nəşr olunan monoqrafiyada əsasən son 25 ildə çəkilmiş Azərbaycan kinofilmlərində sənətkarlıq məsələləri, Qarabağ mövzusunun bədii filmlərdə təcəssümü, keçid dövründə yeni axtarışlar, modernist kinoya doğru atılan ilk addımlar, vətənpərvərlik və vətəndaşlıq məsələlərinin ekranda canlandırılması kimi mövzular araşdırılır.

Əsər müstəqillik dövrü Azərbaycan kinosunun "Yarasa", "Gül­lə­lən­mə tə­xi­rə salınır", "Sonuncu dərviş", "Ovsunçu", "Qisas almadan ölmə, "Keçmişdən məktublar", "Haray", "Yaddaş", "Fəryad", "Hər şey yax­şı­lı­ğa doğru", "Yalan", "Əlvida, cənub şəhəri", "Arxada qalmış gələcək", "Dolu", "Nabat" və daha neçə-neçə nümunəsi əsasında aparılmış ilk elmi araşdırmaların məhsuludur.

AMEA Memarlıq və İncəsənət İnstitutu Elmi Şurasının 1 iyul, 2016-cı il tarixli, 4 saylı qərarı ilə çapa tövsiyə olunmuş əsərin elmi redaktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru Vidadi Qafarov, rəyçiləri sənətşünaslıq üzrə elmlər doktoru, professor Məryəm Əlizadə və filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayev, nəşriyyat redaktoru isə Kərim Kərimlidir.

Təəssüf ki, kitabın üzünü görmək müəllifə qismət olmayıb. O, kitabın mətbəədən gəlməsindən bir neçə gün əvvəl dünyasını dəyişib. Bu əsər 25-dən artıq kitab, monoqrafiya, dərslik və dərs vəsaitinin, 60-dan artıq filmin ssenari müəllifi, rejissoru, redaktoru, direktoru olan tanınmış kinoşünas, professor Aydın Dadaşovun yaradıcılığının akkordu oldu.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR