İnsanlara hürriyət, millətlərə istiqlal!

MTK RƏHBƏRLƏRİNİN KOMMUNAL XİDMƏT MAXİNASİYASI

7182 23.06.2010 09:19 İqtisadiyyat A A
Bu qədər pulu yalnız liftdən istifadəyə, blokun işıqlandırmasına, məişət tullantılarının atılmasına və binanın girişlərinin təmizlənməsinə görə istəyirlər. Bunların heç biri ilə də normal təmin olunmuruq”.
Qeyd edək ki, Nazirlər kabinetinin 10 mart 2000-ci il tarixli 40 saylı “Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərinə yaşayış sahəsində haqq (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında” qərarında göstərilən taarif üzrə dövlət və ictimai mənzil fondu üzrə yaşayış sahəsindən istifadə haqqı, özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərindən isə mənzillərin yerləşdiyi evlərin (binaların) saxlanması üçün xidmət haqqı alınır. Qismən özəlləşdirilmiş çoxmənzilli binanın bütün mənzilləri özəlləşdirilənə qədər xidmət dövlət mənzil istismar sahələri tərəfindən həyata keçirilir.
Həmin qərara görə, özəl mənzillərin yerləşdiyi binalardakı mənzillər tamamilə özəlləşdikdən sonra mənzil sahibləri istədikləri təmir-tikinti təşkilatları, şirkət və birliklərlə müqavilə bağlaya bilər və bu zaman həmin təşkilatlar onlara lazımi xidmət göstərə bilər.
Sakinlər narahatdırlar ki, yaşadıqları bina dövlət qeydiyyatına alındıqdan sonra onlardan əmlak vergisi də alacaqlar: “İki verginin mənasını anlaya bilmirik. Mənzil haqqı nəyə görədir, əmlak vergisi nəyə görə? Bir yandan da binalarımız qazlaşdırılmayıb, ayda elektrikə orta hesabla 100 manat veririk. Belə çıxır ki, biz öz evimizdə kirayənişin yaşayırıq”.
Maraqlıdır ki, redaksiyamıza müraciət edən Bakı sakininin sözlərinə görə, MTK əvvəllər ondan 20 manat mənzil haqqı alırmış, indi isə 24 manata qaldırıb. Müəyyən edilmiş tariflərlə hesabladıqda, bu, normadan bir neçə manat artıq vəsait deməkdir. Görünür, MTK-lar vətəndaşların məlumatsızlığından sui-istifadə edirlər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR