İnsanlara hürriyət, millətlərə istiqlal!

MSK sədri: "Deputatlığa namizədlər seçkiqabağı təşviqatdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır"

512 09.01.2020 18:11 Siyasət A A

"Sosial şəbəkədə təşviqatın aparılması Seçki Məcəlləsində nəzərdə tutulmayıb".

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

"Sosial şəbəkələr bugünkü həyatımızı əhatə edir. Hesab edirəm ki, deputatlığa namizədlər seçkiqabağı təşviqatdan əvvəl sosial şəbəkələrdə təşviqat aparmamalıdır. Seçkiqabağı təşviqat qanunvericiliyə görə, yanvarın 17-dən başlayacaq. Ondan əvvəl isə təşviqat aparmaq Seçki Məcəlləsinə ziddir”, - MSK sədri qeyd edib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR