İnsanlara hürriyət, millətlərə istiqlal!

MSK ilk dəfə olaraq bütün seçki məntəqələrini çip oxuyan cihazlarla təmin edəcək

1064 11.12.2019 21:28 Ölkə A A

“Yeni nəsil şəxsiyyət vəsiqələri ilə əlaqədar olaraq bütün seçki məntəqələri çip oxuyan cihazlarla təmin olunacaq”.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

Onun sözlərinə görə, yeni nəsil şəxsiyyət vəsiqələrinin oxunması üçün bütün seçki məntəqələri “çip oxuyan” cihazlarla təmin ediləcək:

“Bu, ilk dəfə olaraq bələdiyyə seçkilərində tətbiq olunacaq. Hesab edirəm ki, bununla bağlı heç bir problem olmayacaq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR