İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövlud Uysal İstanbul Böyükşəhər Bələdiyyəsinin yeni sədri seçilib

742 28.09.2017 20:28 Dünya A A

İstanbul Böyükşəhər Bələdiyyəsinə yeni sədr seçilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Mövlud Uysal üç turdan sonra üzvlərin lazımi səsini almağı bacarıb.

O, üçüncü turda 179 səs alaraq Türkiyənin əsas müxalifət - Cümhuriyyət Xalq Partiyasından (CHP) olan rəqibi, Bəylikdüzü bələdiyyəsinin sədri Əkrəm İmamoğluna qalib gəlib. Namizədlərə bu turda 156 səs almaq kifayət edirdi.

M.Uysal bu vəzifəyə seçilənədək 2009-cu ildən bəri Başakşəhər bələdiyyəsinin sədri vəzifəsində çalışıb.

Qeyd edək ki, Kadir Topbaş bu günlərdə İstanbul Böyükşəhər Bələdiyyəsi sədrliyindən istefa verib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR