“Mosul uğrunda əməliyyata qoşulmağa hazırıq” – Türkiyənin müdafiə naziri
Türkiyə İraqın şimalındakı ən böyük şəhər olan Mosulun İŞİD qruplaşmasından azad edilməsi əməliyyatına qatılmaq imkanlarını nəzərdən keçirir. Musavat.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Türkiyənin müdafiə naziri İsmet Yıdmaz bildirib.
“Biz beynəlxalq koalisiyaya qoşulmuşuq və onun əməliyyatlarına fəal şəkildə kömək edirik. Biz öz iştirakımızın genişlənməsi məsələsini nəzərdən keçiririk, əgər bu Türkiyənin milli maraqlarına cavab verəcəksə”, – o, deyib.
Nazir onu da deyib ki, martın 4-ə İraqa səfər edəcək və həm Bağdada, həm də getdikcə daha müstəqil siyasət yürüdən Kürdüstan muxtariyyətinin mərkəzi Ərbilə baş çəkəcək.
Ankara İraq Kürdüstanını özünü maraqlar sferasına daxil etməyə, eyni zamanda Türkiyədə kürdlərin separatçı ovqatını önləməyə çalışır.
Musavat.com






