İnsanlara hürriyət, millətlərə istiqlal!

Mosu McDonaldsa çıxıb, özünü atmaq istədi - FOTO, VİDEO (YENİLƏNİB)

9042 08.01.2019 20:43 Son xəbər A A

Musavat.com xəbər verir ki, bir nəfər Neftçilər metrostansiyasının yaxınlığında yerləşən McDonalds restoranının damına çıxaraq, intihar etməklə hədələyir.

Əməkdaşımız hadisə yerindən xəbər verir ki, tanıyanların Mosu deyə xitab etdiyi şəxs qeyd olunan ərazidə balıq ticarəti ilə məşğul olur və içkili olması şübhəsi var. Onun hansısa tələbləri haqda məlumat yoxdur.

Musavat.com müxbiri bildirir ki, Mosu davamlı və rabitəsiz söyüş söyür. Polis onu binanın damından endirmək üçün dilə tutur. Lakin Mosu ləqəbli şəxs bildirir ki, onun balıq satışına mane olan "polka" götürülməsə, binadan aşağı enməyəcək.

****

Hadisə yerində olan müxbirimiz Mosunun balıq satan tanışıyla danışıb. O deyib ki, Mosu "Vosmoy" bazarında işləyir. Bir ay olar ki, bazardan çıxardıblar. Böyük ehtimalla, buna görə belə edir. Bir dəfə də intihar etmək üçün "Lotos" ticarət mərkəzinin üstünə çıxıbmış.

****

Danışıqlardan sonra Mosunu damdan endirmək mümkün olub. Onu, polis maşınına mindirərək, polis bölməsinə aparıblar. 

****

Nizami RİH-dən musavat.com-a intihara cəhd edən şəxsin kimliyi barədə məlumat verilib.

Məlumata görə, bu şəxs 1980-ci ildə Bərdə rayonunda anadan olmuş Rüstəmov Tural Rafiq oğludur. O, bundan öncə də bir neçə dəfə intihara cəhd edib və hər dəfəsində də məhkəmənin qərarı ilə bir neçə sutka həbs cəzası alıb. İcra Hakimiyyətindən verilən məlumata görə, şəxsin ailəsi yoxdur və tüfeyli həyat sürür.

Tural Rüstəmov içki düşkünüdür və içkinin təsiri ilə vaxtaşırı bu cür qalmaqallar yaradır.

Hazırda T.Rüstəmova Cinayət Məcəlləsinin özünəqəsd maddəsi ilə cinayət işinin açılıb-açılmayacağı barədə müzakirələrin getdiyi də musavat.com-a bəlli olub.

Müxbirimizin qeydə aldığı foto və videoları təqdim edirik.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR