İnsanlara hürriyət, millətlərə istiqlal!

"Moskvaya göyərti qiymətinə toya getməyə dəyməz" – Əkizlər də qalmaqala qoşuldu

1509 15.04.2021 21:22 Ölkə A A

"Mənə bloqqer Sevinc deyirlər. Gileylənməyəcəm, sosial şəbəkələrdən qazanıram. Reklamlar, "Youtube" hesabına dolanıram. Əvvəlki kimi deyil, amma Moskvaya göyərti qiymətinə toya getməyə dəyməz".

Musavat.com xəbər verir ki, bu sözləri əkiz bacılardan biri olan Sevinc Səfərova "Səhər mərkəzi" proqramında deyib. Sənətçi Rusiya toylarına gedən sənət adamlarını ələ salıb:

"İnsan özünə, sənətinə qiymət verməlidir. Düşünməlisiniz ki, orada illərdi yaşayan, çalışan, maddi sərhədi aşmayan ifaçılar var. İndi gedənlər orada yaşayanlara mane olurlar. Elə bir qiymətə toya gedirlər ki... Baxıb deyir ki, onu bu qiymətə çağırmaqdansa, Azərbaycandan gələn on başqa ifaçını dəvət edərəm. Bu dərdi Allah bizə verib, dözməliyik. Lazım deyil hamı köçsün ora".

Qeyd edək ki, Azərbaycanda toylara qadağa qoyulduğu üçün müğənni Şəbnəm Tovuzlu, Damla, Zemfira İbrahimova, Kərim Abbasov, rəqqasə Fatimə və başqaları Rusiya toylarına üz tutur. Bir müddət öncə müğənni Türkan Vəlizadə müğənnilərimizin ucuz qiymətə  toya getmələrini qınamış, mübahisələrə səbəb olmuşdu.

Könül,
Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR