İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvaya gedən Nadir Qafarzadə: "Bəs deyirdilər ki, mağazalarda piştaxtalar boşdur... "

3340 25.03.2022 10:13 Şou-biznes A A

"Deyirlər ki, guya Rusiyada mağazalarda piştaxtalar boşdur, ərzaq tapılmır. Amma hər şey var, bolluqdur. Heç nə dəyişməyib".

Bu sözləri hazırda Moskvada olan müğənni Nadir Qafarzadə "İnstagram" hesabında paylaşdığı videoda bildirib. Müğənni hazırda Rusiyada vəziyyətin yaxşı olduğunu deyib:

"Bu gün dollar düşdü, vəziyyət yaxşıdır. Burada azərbaycanlılar çoxdur. Allah onlara da kömək olsun ki, dollar qalxmasın, yoxsa əziyyət çəkəcəklər. Bilirik ki, onlar Azərbaycana ailələrinə pul göndərirlər".

Müğənni digər paylaşımında isə yalnız Moskvaya gələrkən bilet məsələsində əziyyət çəkdiyini deyib. O, qeyd edib ki, bir neçə aviaşirkətə müraciət etdikdən sonra birtərəfli 1500 manata bilet tapa bilib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR