İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvanın ən böyük məscidində 100 mindən çox müsəlman bayram namazı qılıb - FOTO

2302 09.08.2013 13:09 Son xəbər A A
 Rusiya paytaxtında yaşayan müsəlmanlar Ramazan bayramını qeyd edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Sülh prospektində yerləşən, inşaatı hələ də davam edən paytaxtın ən böyük məscidində və ətraf küçələrdə 100 mindən çox müsəlman bayramı birlikdə qeyd edib. Tatar, çeçen, inquş, dağıstanlı və Rusiyada əmək miqrantı kimi fəaliyyət göstərən MDB ölkələrinin müsəlmanları birlikdə bayram namazı qılıblar.
 
Moskva polisi ciddi təhlükəsizlik tədbirləri görüb. Belə ki, ərazini qorumağa çoxlu sayda polis dəstələri cəlb olunub. Havadan isə polis helikopterləri uçuşlar həyata keçiriblər.
 
Ümumilikdə Moskva məscidlərində qılınan bayram namazında iştirak edən müsəlmanların sayı 200 mini keçib.
 




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR