15 oktyabrda Rusiyaya səfər edən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı və qurumun Ali Məclisinin sədri Barat Abbasoğlunu Moskvanın Vnukovo hava limanında diaspora fəalları qarşılayıb.
Musavat.com-un Rusiyaya ezam olunan əməkdaşı xəbər verir ki, Azərbaycan və Rusiya bayraqları qaldıran diaspora üzvləri qonaqların gəlişindən məmnunluqlarını ifadə ediblər. QAT sədri Akif Nağı elə hava limanınında PatriotTV.az-a müsahibə verib. A.Nağı internet TV-nin rəhbəri Ceyhun Əliyev səfərin məqsədi barədə suallarını cavablandırıb, səfərin məqsədi barədə danışıb. Bildirib ki, son durum Qarabağ məsələsinin həlledici mərhələyə keçdiyindən xəbər verir. Bu mənada dünyanın hansı nöqtəsində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı Qarabağ torpaqlarının azad olunması yolunda töhfəsini verməlidir. QAT sədri prezident İlham Əliyevin Ermənistan rəhbərliyinə və onların havadarlarına ünvanlanmış son xəbərdarlıqları xatırladıb. Diaspora fəalları isə Azərbaycan torpaqlarının işğaldan azad olunması üçün əllərindən gələni etməyə hazır oluqlarını bildiriblər. Onlar bildiriblər ki, Rusiyada yaşayan 4 milyona yaxın azərbaycanlı əlinə silah alıb döyüşməyə, torpaqları azad etməyə hazırdır. Qeyd edək ki, hava limanındaca təşkil olunan bu, ekspromt aksiya ətrafdakı insanların da böyük marağına və diqqətinə səbəb olub. Lakin heç bir insident baş vermədən tədbir yekunlaşıb.
Bundan sonra Rusiya paytaxtındakı Azərbaycan diasporu təşkilatlarının fəal təmsilçiləri, QAT rəhbərliyi və Rusiyadakı azərbaycanlı fəallar, o cümlədən Moskva Vilayətində Yaşayan Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyətinin və Moskva şəhəri Qərb İnzibati Dairəsinin Milli-Mədəni Muxtariyyatın rəhbərliyi, həmçinin üzvləri Elşən İbrahimov, Həşim Əliyev, Əli Kazımov, Rahib Bayramov, Elxan Rüstəmov, İlqar Məmmədv, Şamil Əliyev, Məmmədxan Əhmədov, Səyyaf Ələsgərov, Ceyhun Əliyev, Bahəddin Əhmədov və digərləri QAT rəhbərliyi general-leytenant Kərim Kərimov adına 1583 saylı Moskva şəhər orta məktəbinə yollandılar. Bu təhsil ocağında böyük rus şairi Sergey Yeseninin Azərbaycanla əlaqəli həyat və yaradıcılığı mövzusunda ədəbi-bədii gecəyə qatıldılar.
Çox yüksək səviyyədə hazırlanmış tədbiri giriş sözü ilə məktəbin direktor müavini Ramidə Qasımova açaraq həm məktəb, həm də düzənlənən ədəbi-bədii gecə barədə məlumat verdi. Daha sonra gecədə müxtəlif millətlərdən olan şagirdlər – azərbaycanlı, gürcü və ruslar - SergeyYeseninn şeirələrini öz dillərində təqdim etdilər, həmçinin milli rəqslər ifa olundu. Yeseninin Bakı ilə bağlə həyatından bəhs edən xatirələri şagidlərin dili ilə nəfis şəkildə təqdim edildi, onun əsərləri həzin musiqi sədaları altında səsləndi. Eyni zamanda muqisi müəllimlərinin ifasında ecazkar musiqi nömrələri təqdim olundu.
Tədbirdə çıxış edən Azərbaycan diasporunun fəal üzvlərindən biri Həşim Əliyev, Moskva Vilayətində Yaşayan Azərbaycanlıların Regional Milli-Mədəni Muxtariyətinin rəhbəri Elşən İbrahimov, təhsil işçisi Validə Məmmədova və QAT sədri Akif Nağı çıxış edib təəssüratlarını bölüşdülər, böyük rus şairinin Azərbaycana, neft şəhəri olan Bakıya, Balaxanı, Mərdəkan və digər ünvanlara sevgisini əks etdirən yaradıcılığından seçmələr səsləndirdilər. A.Nağı Yesenin yaradıcılığnın bu mərhələsini yüksək qiymətləndirdi. Eyni zamanda şairin xatirəsinin Azərbaycanda qiymətləndirildiyini, onun adına muzey yaradıldığını vurğulayaraq, bildirdi ki, bu faktın özü Rusiya-Azərbaycan əlaqələrinin müsbət istiamətdə inkişafı üçün gözəl nümunədir. QAT sədri iki ölkəni bir-birinə bağlayan tellərdən bəhs edərək əlaqələrin daha yüksək səviyyədə qurulması üçün ədəbi əlaqələrin də önəmli rol oynadığını vurğladı.
Bundan sonra tədbirin təşkilatçısı Ramidə Qasımova mükafatlandırıldı. Tədbirin davamı isə məktəbdə açılmış Azərbaycan guşəsində baş tutdu. Milli geyimlərimizin, Azərbaycana, xüsusilə Qarabağa aid eksponatların, kitabarın, naşirlərin sərgiləndiyi guşədə çıxış edənlər Rusiya Azərbaycan münasibətlərindən danışmaqla yanaşı, mövcud problemlərdən də bəhs etdilər. R.Qasımova bildirdi ki, azərbaycanlı generalın adını daşıyan orta məktəbdə 3 mindən artıq şagird olsa da, onların yalnız 70 nəfəri azərbaycanlıdır. Bu mənada xanım pedaqoq Azərbaycan əsilli iş adamlarını, diasporanın fəal nümaynədələrin bu təhsil ocağına diqqət ayırmağa çağırdı. Bildirdi ki, onlara sadəcə mənəvi dayaq olmalarını xahiş edirlər. R.Qasımova Heydər Əliyev Fondunun və Diasporla iş üzrə Dövlt Komitəsinin bu məktəbə qayğısından danışaraq, digər qurumları da nümunə götürməyə çağırdı. Sonda QAT sədri Akif Nağı Azərbaycan guşəsinin yaradılmasını yüksək qiymətləndirməklə yanaşı, Qarabağ həqiqətlərini özündə əks etdirən son kitablarını hədiyyə etdi.
QAT rəhbərliyinin səfəri davam edir.
Elşad PAŞASOY, Musavat.com
Moskva








