İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada Xocalı qurbanlarının xatırəsini yad etmiş azərbaycanlılar saxlanıldı

1306 27.02.2019 01:59 Son xəbər A A

Moskvada yaşayan bir qrup azərbaycanlı çərşənbə axşamı günü Xocalı faciəsinin qurbanlarının xatirəsini yad etmək üçün aksiya təşkil edib.

Virtualaz.org xəbər verir ki, Azərbaycan bayrağı ilə bir neçə avtomobil Rusiya paytaxtının mərkəzi küçələrindən keçib. Son məntəqə kimi Azərbaycan səfirliyi seçilib ki, həmyerlilərimiz diplomatik təmsilçiliyin qarşısına gül dəstələri qoymaq fikrində olublar.

Lakin səfirliyə gedib çatmaq aksiya iştirakçılarına qismət olmayıb. Yolda onları polis saxlayıb və bayraqları çıxarmağa məcbur edərək, iştirakçılar polis şöbəsinə aparılıb.

Məlumata görə, təxminən 50 nəfərə yaxın azərbaycanlı saxlanılıb. Onlardan bəzilərini bir neçə saatdan sonra sərbəst buraxsalar da, hələ də polis şöbəsində qalanlar var.

Virtualaz.org

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR