İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada Ukraynanın keçmiş nəqliyyat naziri həbs edildi

690 01.10.2018 16:10 Dünya A A

Moskvanın hüquq-mühafizə orqanlarının əməkdaşları Ukraynanın keçmiş nəqliyyat naziri Nikolay Rudkovskini saxlayıblar.

Virtualaz.org “Moskva” agentliyinə istinadən xəbər verir ki, 50 yaşlı eks-nazir sentyabrın 28-də Rusiya üzrə federal axtarışda olduğu üçün tutulub. O, Kiyevdəki Rusiya səfirliyinə hücum etməkdə ittiham olunur.

Məhkəmə Rudkovskinin istintaq dövründə həbsi barədə qərar çıxarıb.

Mənbə xatırladır ki, 2014-cü ilin iyun ayında keçmiş nazir Rusiyanın Ukraynadakı səfirliyinin binasına daş atıb. 2017-ci ildə Rusiya İstintaq Komitəsi Rudkovski və daha beş şübhəli barəsində qiyabi ittiham irəli sürüb.

Şübhəlilərin səfirlik binasına vurduqları zərər 14 milyon rubl həcmində qiymətləndirilir.

Rudkovski 2006-cı ilin avqustundan 2007-ci ilin dekabr ayına kimi Ukraynanın nəqliyyat və rabitə naziri olub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR