İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada tətbiq edilən əksterror əməliyyat rejimi: Hansı qadağalar və qaydalar gətirilir? - VİDEO

427 25.06.2023 01:05 Gündəm A A

Xəbər verdiyimiz kimi “Vaqner” özəl hərbi şirkəti üzvlərinin Rusiya paytaxtına doğru irəliləməsi xəbəri yayıldıqdan sonra Moskvada əksterror əməliyyatı rejimi tətbiq edilidi. 

Bəs əksterror əməliyyat rejiminin tətbiq edilməsi nə deməkdir?

Qanunvericiliyə görə, sözügedən rejim tətbiq edilərkən bölgə əhalisinin köçürülməsi, öz mənzillərindən çıxarılması baş verə bilər. Bu zaman onlar müvəqqəti yaşayış yerlərinə köçürülür və əməliyyat başa çatana qədər orada qalırlar.

Bundan başqa, rejimin tətbiqi zamanı telefon danışıqlarının dinlənilməsi həyata keçirilə bilər. Yoxlamalar aparılaraq sənədləri üzərində olmayan şəxslərin polis bölməsinə aparılması mümkündür. Rabitə əlaqələrinin məhdudlaşdırılması da bu rejimin xüsusiyyətlərindən biridir.

Qeyd edək ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqlardan sonra Moskvaya doğru irəliləməyi dayandırıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR