Dağıstan dövlət başçısı Ramzan Abdulatipov istefa verdiyini rəsmi şəkildə bəyan edib.
Avropa.info xəbər verir ki, o, bu bəyanatla Dağıstan parlamentində çıxış edib və deputatları bu dəyişikliklə bağlı narahat olmamağa çağırıb. Birgə əməkdaşlığa görə deputatlara təşəkkür edən Abdulatipobv deyib ki, “Moskvada qaçan dovşanı qırxa bilən adamlar var”.
“Onlar prezidentə elə də rəğbət görməyən həll yolları sırıyırlar. Lakin Allah rizası olmadan prezidentin qərarı qəbul olunmur” – Dağıstanın istefa vermiş dövlət başçısı belə düşünür.
O, işlədiyi müddətdə Dağıstana ləyaqət hissini qaytardığını bildirib.






