Moskvada Leninin yanında uzanmaq istəyən çılpaq kişi saxlanılıb
Moskvada, Qırmızı Meydanda çılpaq kişi saxlanılıb. Musavat.com-un Rusiya qaynağına istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanlarından saxlanılan şəxsin psixo-nevroloji dispanserdə uçotda olduğu bildirilib.
Saxlanılan adam bildirib ki, Qırmızı meydana ona görə çılpaq gəlib ki, mavzoleydə Leninlə yanaşı yatmaq istəyirmiş.
Polis əməkdaşları onu girişdəcə saxlayıb və tibb işçilərinə təhvil veriblər.
Musavat.com






