İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva terrorunda təqsirləndirilənlər hadisədən öncə Türkiyədə olublar – ŞOK GƏLİŞMƏ

2912 26.03.2024 21:30 Gündəm A A

Moskvada Krokus Siti terrorunun təşkilində təqsirləndirilən şəxslərdən ikisi yanvar-fevral aylarında İstanbudla olublar.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər veriri ki, terror aktında təqsirləndirilənlərdən biri olan Fəridun Şəmsiddin fevralın 20-də Moskvadan İstanbula gəlib, ertəsi gün isə Fatih rayonundakı mehmanxanada qeydiyyatdan keçib.

Şübhəli fevralın 27-də oteli tərk edib və yalnız martın 2-də Moskvaya uçub və martın 4-də orada olub.

Bryansk vilayətində həbs olunduqdan sonra o, insanları öldürmək üçün ona pul təklif olunduğunu etiraf edib.

İkinci şübhəli Racabalızoda Saidakrami Murodali yanvarın 5-də İstanbula gələrək həmin oteldə qeydiyyatdan keçib, fevralın 21-də oteli tərk edib. O, martın 2-də Beynəlxalq Hava Limanından (IST) Moskvaya Şəmsiddinlə eyni reyslə uçub.

Türkiyə mətbuatı qeyd edir ki, hər iki şübhəlinin fevralın 27-dən martın 2-dək (Şəmsiddin) və fevralın 21-dən martın 2-dək (Racabalızoda) nə işlə məşğul olduqları və harada olduqları sirr olaraq qalır.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR