Moskva İŞİD-ə qarşı koalisiyaya qoşulma şərtlərini açıqlayıb
Rusiya Xarici İşlər Nazirliyi Rusiyanın İŞİD-ə qarşı koalisiyada yer alması ilə bağlı şərtlərini açıqlayıb. Bu haqda İnterfax-a danışan Rusiya XİN-in şöbə müdiri İlya Roqaçovbildirilir ki, əgər bütün maraqlı tərəflər koalisiyaya qoşulsa, Rusiyanın da təmsilçiliyi müzakirə edilə bilər.
İlya Roqaçovun sözlərinə görə, əgər bütün oyunçular oyuna daxil olsa, Rusiya kənarda qalmayacaq:“Biz hesab edirik ki, geniş koalisiya Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının rəhbərliyi altından beynəlxalq hüquq normalarına tam uyğun şəkildə fəaliyyət göstərməlidir”.
Roqaçovun fikrincə, birliyin BMT-nin nəzarəti altında genişləndirilməsi və fəaliyyət göstərməsi Moskvanın prosesə daha sürətlə qoşulmasını da asanlaşdıra bilər. Rusiya XİN-in təmsilçisi deyib ki, hələlik koalisiya şərtləri Rusiyanın təmsilçiliyi üçün münasib deyil.
Musavat.com






