İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva ilə Pxenyanın yaxınlaşması Seulu qəzəbləndirdi: Ukraynaya silah verəcək

508 20.06.2024 22:42 Dünya A A

Cənubi Koreya hökuməti Şimali Koreya və Rusiya hər hansı birinə hücum olarsa, dərhal hərbi yardım göstərmək üçün qarşılıqlı öhdəliyi özündə əks etdirən saziş imzaladıqdan sonra Ukraynaya silah tədarükü ilə bağlı mövqeyinə yenidən baxacaq.

Musavat.com xəbər verir ki, hökumətin bu mövqeyinə dair məlumatı Yonhap agentliyi yayıb.

Ölkənin milli təhlükəsizlik müşaviri, həm də prezidentin sözçüsü olan Çanq Ho-jin də çərşənbə günü Rusiya prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In arasında Pxenyanda keçirilən sammit zamanı imzalanan hərtərəfli strateji müqaviləni pisləyib: "Hökumət ciddi narahatlığını ifadə edir və Şimali Koreya ilə Rusiya arasında qarşılıqlı hərbi və iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi daşıyan Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişinin imzalanmasını pisləyir".

Çanq bildirib ki, Şimali Koreyanın hərbi gücünü birbaşa və ya dolayısı ilə artıran hər hansı əməkdaşlıq BMT Təhlükəsizlik Şurasının qətnamələrinin pozulmasıdır: “Biz Ukraynaya hərbi dəstək məsələsinə yenidən baxmağı planlaşdırırıq”. O, Cənubi Koreyanın Ukraynaya öldürücü silah yardımı göstərməkdən imtina etmək siyasətini dəyişdirməyi təklif edib.

Prezidentin sözçüsü bildirib ki, Cənubi Koreya Ukraynaya verilə biləcək silah növləri ilə bağlı strateji qeyri-müəyyənliyi qoruyub saxlayacaq.
Hökumət mənbələrinin bildirdiyinə görə, hava hücumundan müdafiə sistemləri siyahıda ola bilər, çünki Ukraynanın Rusiyanın hava zərbələrinə qarşı durmaq üçün raket qalxanlarına ciddi ehtiyacı var.

Cənubi Koreya, həmçinin Rusiya ilə Şimali Koreya arasında silah və neft nəqli ilə məşğul olan dörd Rusiya gəmisi, beş təşkilat və səkkiz şəxsə qarşı əlavə sanksiyalar tətbiq edəcək.

Ukraynadakı müharibədən sonra Rusiyaya ixrac nəzarəti 1159 adda mallara şamil edilir, Cənubi Koreya isə 243 yeni mal əlavə edərək, sanksiyalara məruz qalan malların ümumi sayını 1402-yə çatdıracaq.

 

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR