İnsanlara hürriyət, millətlərə istiqlal!

​Moskva "Cümə" məscidinin açılış mərasimi keçirilib

1946 23.09.2015 14:50 Son xəbər A A
Müsəlmanların müqəddəs bayramı olan Qurban Bayramı ərəfəsində Moskva "Cümə" məscidinin təntənəli açılış mərasimi keçirilib. "Report" xəbər verir ki, açılış mərasimində Rusiya prezidenti Vladimir Putin, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Fələstin Dövlət Başçısı Mahmud Abbas da iştirak edib. Tədbirə Tatarıstan prezidenti, Çeçenistan, Dağıstan, eləcə də Rusiyanın digər subyekt başçıları, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva meri Sergey Sobyanin, Ümumrusiya azərbaycanlılar Konqresinin, Azərbaycandakı əfqan icmasının və tatar diasporunun nümayəndələri və digərləri də qatılıb.
Açılış mərasimi Qurani-Kərimdən surələrin oxunması ilə başladı.

Sonra Rusiya müftilər Şurasının sədri Ravil Qaynutdin açılış mərasimində iştirak edənlərə müraciət edib.

Moskva "Cümə" məscidinin bu il 111 yaşı tamam olur. Məscidin möhtəşəm yenidənqurma layihəsinə 10 il sərf olunub.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR